Рецензия на книгу
A Mother's Reckoning: Living in the Aftermath of Tragedy
Sue Klebold
EckmanPats12 марта 2018 г.«Дневники матери» Клиболд Сью
Ananın gündəlikləri / Klibold Syu1999-cu ilin aprelin iyirmisində Kolorado ştatının Kolumbayn şəhərində iki nəfər Erik Harris və Dilan Klibold Kolumbay Hay məktəbinə girib 12 nəfər şagird və 1 müəllim öldürmüş.... 20 nəfəri də yaralamışlar....
Üstündən 19 il ötüb... 3 il bundan əvvəl Dilan Kliboldun anası Syu Klibold uzun səssizlikdən sonra bir kitab qələmə alıb... Bu kitab böyü qətliam törətmiş bir adamın anasıdır...
Kitab mənə çox səmimi gəldi... İlk dəfə anatasiyasını oxuyar-oxumaz siyahımdakı digər kitabların arasına salıb başladım oxumağa...
Syu Klibold kitabda Dilanın doğumundan, məktəb həyatından, törətdiyi qətliamdan danışır... Kitabda daha çox bir ananın iztirablarını, övladına olan dərin məhəbbətini demək olar hər sətirdə hiss edirsiniz... Övlad qatil olsa da, ana üçün övlad övladdır...
İlk baxışda insana gələ bilər ki, yəqin qadın bu kitabı özünə bəraət qazandırmaq üçün yazıb... Düzü məndə belə bir təəssürat oyandırmadı... Çəkdiyi acıları, ağrıları dərindən duydum... Üstəlik bir ana üçün ən ağır zərbə odur ki, övladının törətdiyi hadisənin səbəbini anlamasın... Syu Klibold kitab boyu dəfələrlə bu sualı verir: Dilan, axı sən bunu necə edə bildin... Qadın özünü hesaba, sorğu-suala çəkir, səhvlərini anlamağa çalışır... Amma bir oxucu olaraq Klibold ailəsi mənə çox normal gəldi... Ananın da fəryadı elə budur ki, axı mən səndən sevgimi əsirgəməmişəm... Bəs niyə... Dərdin nə idi... Bu kimi sualları axtaran ata demək olar ki, dolğun cavablar tapa bilmir...
Mən bu kitabı bütün valideynlərin oxumasını istəyərdim... Çünnki çox çətin bir dövrdə övlad yetişdiririk... Kimin övladı nə cür insan olacağını bilmirik... Və heç kim özünə güvənməsin ki, mən çox gözəl valideynəm, ona görə də övladım da yaxşı olacaq... Peyğəmbərlərin belə cani övladları olub...
Səhifə: 3842 понравилось
657