Логотип LiveLibbetaК основной версии

Это бета-версия LiveLib. Сейчас доступна часть функций, остальные из основной версии будут добавляться постепенно.

Рецензия на книгу

Smoke

Дэн Вилета

0

(0)

  • Аватар пользователя
    EckmanPats
    12 марта 2018

    Tüstü / Den Vileta
    Дым / Дэн Вилета
    Smoke / Dan Vyleta
    Alman yazıçızı Den Viletanın dördüncü və son romanı olan "Smoke" antiutopik janrda yazılmış fantastik bir süjetə malikdir...
    Düzü bu janra həmişə ehtiyatla yanaşıram... buna baxmayaraq janrın özünəməxsus bir cazibəsi var... Bu janrda yazılan kitabları oxumaqda qərarsız qalsam da, filmlərinə baxmağa can atıram...
    Bu romanın ilk 50 səhifəsini oxuyan kimi dedim kaş filmi olaydı... Yəni kitabın çox gözəl əsrarəngiz cazibədar bir atmosferası var... Film üçün hazır vəsaitdir... Götür işlət...
    Yazar Çarlz Dikensin bir abzasından ilham alaraq bu dünyanı qurub... Kitabın ilk səhifələrindən bu abzası oxuya bilirsiniz...
    Məkan London seçilib... Dövr 19 əsr...
    Lakin bu bildiyimiz Viktoriya dövrününü Londonu deyil... Tamamən yazarın təxəyyülündən üzə çıxmış qaranlıq bir dünyadır...
    Səbəbini bilmədiyimiz bir hadisədən insanlar tüstü verməyə başlayırlar... Yazar romanın axırına kimi bu səbəbi açıqlamır... Hadisənin üstündən o qədər vaxt keçib ki, kimsə bunu xatırlamır... və başqa bir dünyanın xəyallarını belə qurmurlar...
    Əlbəttə həmişə fərqli düşünən, başqa dünyaların xəyallarını quranlar da az deyil... Bu hadisə səbəbilə insanlar iki təbəqəyə bölünüblər zadəganlar və yoxsullar...
    Zadəganlar tüstü verməməyə öyrənmiş ali bir zümrədir... Yoxsullar isə daim tüstü verən alt təbəqə...
    Tüstünü əvvəlcə mən günah kimi başa düşürdüm... Sonra anladım ki, tüstü hislərin üzə vurmasıdır... Yəni insan hər dəfə bir his keçirəndə o hissin xüsusiyyətinə görə fərqli rənglərdə tüstülər buraxır... Əlbəttə günahın, məsələn yalanın tüstüsü ən qara tüstüdür... qurumu var... dolayısilə yoxsullar təbəqəsinin çoxluğundan Londonun hər tərəfi qara tüstü və qurumdur...
    Əsərin qəhrəmanları iki məktəblidir: Tomas və Çarli... Bunlar zadəgan təbəqəyə mənsub ailələrin övladlarıdır... Məktəbin pansionunda qalırlar... Yaxın dostlardır...
    Məktəbdə onlara tüstü verməməyi öyrədirlər... Yəni hislərə hakim olmağı...
    Bir gün onlar əmisi tərəfindən gələn dəvətlə yeni il tətilinə onların malikanəsinə gedirlər... Orada xanım Neylor və qızı Liliya ilə tanış olurlar... Liliya daha sonra əsərdə əsas qəhrəmana çevrilir... Lakin əmi ağlını itirmiş və yatağa bağlanmış vəziyyətdə olur... Əvvəllər tüstünün ləğv edilməsi ilə əlaqədar gizli araşdırmalar aparan bu şəxs indi ruhi xəstədir... Araşdırmaları isə xanımı davam elətdirir... Xanım Neylor Tomasa tüstünün həqiqətindən, əvvəllər bunun olmadığından, bununla mübarizə aparmaq lazım gəldiyindən danışır...
    Tomas malikanədə laboratoriya olduğunu öyrənir və bir gün Liliyanın köməyi ilə Çarli və o laboratoriyaya girirlər...
    Bu hadisə dönüş nöqtəsi olur...
    Məktəb yoldaşları Culius, Xanım Neylorun birinci ərindən olan oğlu onların izinə düşür... Ölümlə üzləşirlər... və macəra davam edir.. ta finaladək...
    Amma finalda təəssüf ki, nə baş verdiyini anlamırsınız... yazar bununla nə demək istəyib... sanki bu məqamda müəllifin bütün fikirləri yox olub... bir idea tapa bilmədən kitabı sona çatdırıb...
    Kitabı çox çətin oxudum... Demək olar əziyyət çəkdim... Çünki yazıçının üslubu yaman yorucu idi... Bəzən: de də nə demək istəyirsən, ürəyim üzüldü deyirdim öz özümə...
    Bitirəndə rahat nəfəs aldım...
    İdea həqiqətən çox gözəl idi... amma ideanın reallaşması məni çox yordu...
    Səhifə: 512

    147