Рецензия на книгу
A Piece of the World
Christina Baker Kline
EckmanPats12 марта 2018 г."Dünyanın bir parçası" Kristina Beyker Klayn
«Картина мира» Кристина Бейкер КлайнBu yazıçını bir neçə ildir ki, tanıyıram... "Orphan train" kitabını kim bilir neçə dəfə oxumağı arzulamışam... amma hər dəfə bir maneə çıxıb yolumu kəsib... Qismət yazarın son romanını oxumaq imiş...
Əvvəla amazonda tez-tez gözümə dəydiyi üçün, sonra da rus oxucuların göstərdiyi marağa görə kitaba başladım...
Bundan əvvəl oxuduğum roman məni olduqca yormuşdu... Bu romana başlayanda elə bil konfortlu bir zonaya addım atdım..
Romanın sakit, hüzur dolu bir atmosferası var... Mərkəzində insan ilə, insanın acıları, ümidləri, sevgisi var... türklər demiş bu romandakı bütün obrazlar canlıqanlıdır...
Hər dəfə romana başlayanda bir səs buna qarşı çıxırdı, oxuma deyirdi... amma romanın içinə dalanda isə qətiyyən oradan çıxmaq istəmirdim...
Böyük şəhərdə yaşayırıq... Böyük şəhərlər insan ruhunu yorur, qurudur... Bəzən insan uzaqlara getmək istəyir... Heç kimin səni tanımadığı, bilmədiyi bir yerə... Hər şeyi təzədən başlamaq, həyatı yenidən qurmaq istəyir... Bax bu romanda mən məhz bu məkanları tapır, qurtum-qurtum hüzuru içirdim...
Buna baxmayaraq mən buranın övladıyam... bu zamanın, bu məkanın... yəqin oxumağa mane olan səsin səbəbi də elə bu idi...
Roman məşhur amerikalı rəssam Endryu Uayetin "Kristinanın dünyası" şəklindəki Kristinaya həsr olunub... Kristina bilinməyən səbəblərdən ayaqları tutmur... Lakin sürünərək də olsun öz azadlığını, kimsədən asılı olmamamağı qoruyub saxlayır... Romanda Kristinanın uşaqlıqdan başlayaraq rəsmin çəkilməsi dövrünə qədər əhatə edən həyatını oxuyursunuz... Aşağıda həmin rəsmi vermişəm... Mənə də çox maraqlı gəldi... şəkildən sonra rəssamın həyatı ilə maraqlandım... Endryunun atası da oğlu da rəssamdır...
Sözü çox uzatdım... roman qəşəng idi... oxunmalıdır... çünki ətrində insan ətri var... insani olan hər şey isə insana doğmadır...0218